Necati Şaşmaz 6 ay xanımına yaxınlaşmayacaq

12:06 - 7 Fevral 2019 - MAQAZİN

“Kurtlar Vadisi” serialı ilə ulduzu parlayan Necati Şaşmaz ayrıldığı xanımı Nagehan Şaşmaza 6 ay yaxınlaşa bilməyəcək. 

Bu barədə İstanbul Anadolu Ailə Məhkəməsi Nagehanın müraciətindən sonra belə bir qərar çıxarıb. Aktyorun xanımı boşanma müddətində ailənin qorunması və qadına qarşı şiddətin qarşısını almaq üçün qanuni tədbirin görülməsini tələb  edib.

Qərara görə, Necati Şaşmaz xanımını təhdid, təhqir etməyəcək, 6 ay müddətində onun iş yerinə, yaşadığı evə yaxınlaşmayacaq. qafqazinfo

Xəbər xətti