Ana səhifə
25 Fevral 2018

“Yalnız istədiyim odur ki, teatrımız səviyyəsini qorusun”

Telman Əliyev: “Direktor Akademik Milli Dram Teatrının bədii keyfiyyətini aşağı salıb”

 

 

Əməkdar artist Telman Əliyev 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitunun Mədəni-maarif fakültəsini bitirib. Səhnə fəaliyyətinə Gəncə Dövlət Dram Teatrında başlayıb. Orada bir çox obrazlar canlandırıb. Bəhram “Solğun çiçəklər”, Baloğlan “Almaz”, Məşədi İbad “Məşədi İbad”, Əliquqlu “Əliqulu evlənir”və bir çox tamaşalarda iştirak edib. 2000-ci ildən isə  Akademik Milli Dram Teatrında işləməyə başlayıb və bu il teatrda fəaliyyəti dayandırılıb. Bu haqda “Üç nöqtə”yə danışan əməkdar artist Telman Əliyev dedi ki, işləmək üçün heç bir teatra müraciət etməyib və belə fikri də yoxdur: “18 ilə qədər Gəncə Dövlət Dram Teatrında işlədim və  sonra Akademik Milli Dram Teatrına gəldim. Teatrda kollektiv mənə doğmadır. Mənim işləmək üçün başqa teatra müraciət etmək fikrim yoxdur. Həmişə Akademik Milli Dram Teatrının səviyyəsini qorumağa çalışmışam və bu yolda da mübarizə aparmışam. Buna görə də görünür bir başa direktoru tənqid etdiyim üçün,o, fürsətdən istifadə edib məni işdən çıxartdı. Teatrdan çıxarıldığım üçün təəssüf hissi keçirirəm. Yuxarılara, heç bir yerə müraciət etməmişəm. Ona görə ki, özümü alçatmaq istəmirəm, baxırlar, görürlər. Təəssüflər olsun ki, buna hələ reaksiya verən yoxdu. Düzdü, kollektivdə narazı olanlar var”. 

Əməkdar artist onu da dedi ki, İsrafil İsrafilovun teatra məhəbbəti yoxdu: “İsrafil İsrafilov teatra gələn kimi rejissorları işdən çıxartdırdı. Teatrın rejissorunu çıxartmaq olmaz.  Azərbaycan teatrlarında baş rejissorlar fəaliyyət göstərir. Amma bu teatrda hər şey başqa cürdür. O, Akademik Milli Dram Teatrını tək özü idarə etmək istəyir. “Yuğ”dan və haralardansa aktyorlar gətirir, onlara bir başa baş rollar həvalə edir. Akademik Milli Dram Teatrı respublikanın mayakıdır. Mən Allaha şükür edirəm ki. 25-dən çox filmə, çox sayda seriallara çəkilmişəm. 1200-dən çox rollar oynamışam. Artıq necə deyərlər, heç bir şeydə gözüm yoxdu. Amma həvəsim, ümidim var ki, bu teatr yaxşılığa doğru dəyişəcək. Allah şükür olsun ki, tələbələr yetişdirmişəm.  20 ildir İncəsənət Universitetində dərs deyirəm, tələblərim bütün teatrlarda rejissor və aktyor kimi fəaliyyət göstərirlər”.

Telman Əliyev vurğuladı ki, direktorun teatrı idarə etməsində ziyana işləyən qüsurlar var: “Direktor Akademik Milli Dram Teatrının bədii keyfiyyətini aşağı salıb. Mənim hazırda heç bir təmənnam yoxdur. Allaha şükür ki, əməkdar artistəm, 38 yaşımda «Şərəf nişanı» ordeni ilə təltif edilmişəm. Həyatımı, ömrümü teatra həsr etmişəm. Yalnız istədiyim odur ki, teatrımız səviyyəsini qorusun”.

 

Telman Əliyev onu da dedi ki, Yeni il şənliklərinin Akademik Milli Dram Teatrında keçirilməsinə yaxşı baxmır: “Uşaqlar üçün Yeni il şənlikləri uşaq teatrında və Gənc Tamaşaçılar Teatrında olmalıdır. Bu başqa teatrlarının ampulasına aiddir”.

Tarix
18 Dekabr 2014 [23:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ