Gəncədə 49 yaşlı qadını maşın vurub

20:38 - 6 Fevral 2019 - HADİSƏ

Gəncədə yolu keçmək istəyən piyadanı avtomobil vurub.

Şəhərin Heydər Əliyev prospektində hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1970-ci il təvəllüdlü Atakişiyeva Səfurə Bahadur qızını vurub. Bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanların əməkdaşları tərəfindən araşdırma aparılır.

Xəbər xətti