“Öz milli ab-havamızı İYDƏ adında yaşatmaq istədik”

16:48 - 6 Fevral 2019 - Müsahibə

Günel Məmmədova: “Milli brendlərimizin məhsulları xarici məhsullardan daha keyfiyyətlidir”

Bir gün tanış bir qızla görüşən zaman onda gözəl bir qoxu hiss etdim. Bu qoxunun nə olduğunu və hardan aldığını soruşdum. Rəfiqəm isə ətiri “İydə” parfümdən aldığını, çox qalıcı və qiymətinin də münasib olduğunu dedi. Elə bu zaman iydə adı diqqətimi çəkdi. Araşdırdım və həqiqətən də gözəl ətirlərinin olduğunu gördüm və müsahibəyə getdim. Müsahibim “Üç nöqtə” qəzetinin qonağı “İydə” parfüm şirkətinin direktoru Günel Məmmədovadır. Həmsöhbətim deyir ki, bu sahəyə daxil olarkən qəti şəkildə tərəddüt etməyiblər və insanlar tərəfindən seviləcəklərini bilirmişlər: “Keyfiyyətimizlə insanların güvəninə, milli brendə dəyər verəcəklərinə inanaraq bu sahəyə gəldik. Təbii ki gözlədiyimiz uğura sahib olduq və hər zaman uğurlu olacağıq. Yüksək keyfiyyətimizlə insanların milli brendə olan sevgisini və rəğbətini daim qazanacağıq”. G.Məmmədova İydə parfüm şirkətinin 2 ildir fəaliyyət göstərdiyini bildirdi. 

- İlk öncə ad seçimindən başlayaq, maraqlı addır. Nəyə görə məhz “İydə”?
- İYDƏ adı mənim üçün çox özəldir. Uşaqlıqdan bu günə qədər İYDƏ ağacının çiçəyinin qoxusunu, ümumiyyətlə İYDƏ ağacını çox sevirdim və bu qoxu daim mənim yaddaşımda həkk olunmuşdur. Və bu gün də parfüm sahəsinə girərkən uşaqlıq arzumu və sevgimi bu cür yaşatmaq istədim. Bundan da əlavə yerli brend olmaq üçün məncə, yerli məhsul adını seçmək daha uğurlu bir seçimdir. 

- Milli brend yaratmaq fikri necə formalaşıb?  
- Bu gün ölkəmizdə fəaliyyət göstərən xarici brendlər çoxdur. Biz isə öz milli abuhavamızı İYDƏ adında yaşatmaq istədik. Niyə də yox? Məncə milli brendlərimizin məhsulları xarici məhsullardan daha keyfiyyətlidir. 

- Neçə müddətdir fəaliyyət göstərirsiniz? 
- İydə parfüm şəhərimizdə artıq 2 ildir fəaliyyət göstərir. 1 mağaza ilə fəaliyyətə başlamışdıq. Artıq Bakıda 7 mağazamız var. Alıcılarımıza daha yaxın olmaq üçün şəbəkələrimizi artırdıq. Nərimanov, Sahil, Gənclik, Fəvvarələr meydanı və s. yerlərdə ünvanımız mövcuddur. İYDƏ perfumery yaxın zamanlarda yeni ünvanlarda da fəaliyyəti gözlənilir. 

- Bir qədər “İydə” parfumeriyanın fəaliyyətindən danışardınız. Necə fəaliyyət göstərirsiniz?
- İYDƏ parfümün qısa müddətdir fəaliyyət göstərməsinə baxmayaraq insanların rəğbətini və sevgisini qazanmışdır. Alıcılarına daim yüksək keyfiyyətli məhsullarla xidmət göstərir və şübhəsiz deyə bilərik ki, ölkəmizdə çox sevilirik. 

- Ətirlərinizin tərkibinə nələr daxildir? 
- Təbii ki, şirkətimizdə parfüm sahəsində olan bütün xarici brendlərin parfümləri var. Amma yenədə çalışdığımız qədər tərkibində təbii məhsullar olan parfümlərə daha çox üstünlük veririk. 

- Qalıcılığı çox, qiyməti isə münasib, bunu necə edirsiniz?
- Ümumiyyətlə, açıq parfüm sahəsində bildiyimiz kimi xarici brendlərin parfümləri həmin brendin öz qablaşdırmasında deyil, İydə şirkətinə məxsus olan qablaşdırmalarda satışa çıxardılır. Bu qablaşdırmalar da bizə xarici brendin öz qablaşdırmalarından daha aşağı qiymətə gəldiyi üçün biz də müştərilərə daha yüksək keyfiyyət və ucuz qiymətlə xidmət göstəririk. 

- Bu gün bazarda bir çox məhsullar var ki, alıcı yerli olana deyil, xarici istehsala üstünlük verirlər. Parfümeriya da o məhsullar siyahısındadır. Yerli ətir istehsal edib bazara çıxarmaq, tanıtmaq, müştəri cəlb etmək çətin deyil? 
- Vurğuladığınız kimi, ölkəmizdə insanlarımız daha çox xarici məhsullara müraciət edir və keyfiyyətinə inanır. Biz də düşündük ki, niyə də yerli brend, yerli məhsul olmasın? Daha yüksək keyfiyyət və daha ucuz qiymətlə niyə də insanların sevgisini qazanmayaq? Və biz bu fikrimizi doğrultduq, 2il  ərzində parfüm sevərlər tərəfindən çox sevildik və şəbəkələrimizi dahada artırdıq. 

- 2017-ci ildə ilin brendi seçildiniz. Bir qədər bu barədə danışardınız... 
- Bəli, 2017-ci ildə ilin brendi seçildik. Bu, təbii ki, yüksək keyfiyyətimizlə insanlara vəd etdiyimiz güvəni doğrultmağımızın uğurudur. Və insanların sevgisini, güvənini qazandığımız üçün bu uğura sahib olduq. 

- Kolleksiyanızda neçə növ ətir var? 
- Hərkəsin bildiyi kimi, İYDƏ perfumery şirkətinin özünə məxsus və parfümlər sırasında öz sözünü demiş gözəl kolleksiyaları var. Parfüm sahəsinə daxil olarkən hər kəsin bilidiyi kimi ilk kolleksiyamız "7 GÖZƏL" kolleksiyası ilə daxil olmuşduq və şəhərimizdə çox möhtəşəm şəkildə həm milli brendimizin açılışını, həmdə milli abuhavanı və milli qoxuları əks etdirən "7 GÖZƏL” kolleksiyamızın təqdimatını etmişdik və insanlar tərəfinnən çox sevilən parfümlər olmuşdu. Sözügedən kolleksiyasının hər bir növü artıq istifadəçiləri tərəfindən sevilən və öz sözünü demiş parfümlərdir. Ətirlərimiz bu kolleksiyada Azərbaycanımızın gözəl məkanı Qarabağımızda yerləşən HƏKƏRİ çayının adına parfüm istehsal etdilər. Bu parfüm sanki insana o gözəl guşələrin və HƏKƏRİ çayının gözəl, doğma qoxusunu əks etdirir. 

- KHAN kolleksiyanız da məşhurdur, bir az da bundan danışardınız…
 - Və növbəti ildə ikinci kolleksiyamız - KHAN kolleksiyamızın İYDƏ sevərlərə təqdimatını etdik. KHAN kolleksiyamız “5” növ parfümdən ibarətdir. Biri-birindən möhtəşəm qoxulara sahibdir. KHAN kolleksiyamız şirkətimizin parfümeri və fransız parfümeri tərəfindən Fransada istehsal olmuşdur. Öz möhtəşəm qoxuları ilə insanı valeh edən, yaddaşlardan silinməyən bir qoxulardır.

- Qarşıda hansı işlər olacaq. Nələr planlayırsənız?
- 2019 cu ildə də yenilik etmək istəyirik. Yerli brend İYDƏ şirkətinin yeni “XƏMSƏ” kolleksiyasını istehsal edirik. Və bu kolleksiya haqda hələ ki, sirr qalsın. Ölkəmizə öz sözünü deyərək qoxuları ilə hərkəsi valeh edəcək XƏMSƏ kolleksiyamızın qısa bir zamanda çox möhtəşəm şəkildə təqdimatını edəcəyik.

- Əsas müştəriləriniz kimlərdir?
- Biz müştərilərimizi heç bir kateqoriyalara görə ayırmırıq. Parfüm sevən hərkəs bizim müştərimizdir.

- Milli brendə insanların marağı necədir?
- Bizlər bu sahəyə daxil olarkən qəti şəkildə tərəddüt etmədik. İnsanlar tərəfindən seviləcəyini bilirdik. Keyfiyyətimizlə insanların güvəninə, milli brendə dəyər verəcəklərinə inanaraq bu sahəyə gəldik. Təbii ki gözdiyimiz uğura sahib olduq və daim uğurlu olacayıq. Yüksək keyfiyyətimizlə insanların milli brendə olan sevgisini və rəğbətini daim qazanacağıq. 

Könül Oruc 

Xəbər xətti