Rusiyanın “S-400”ləri Türkiyəyə təhvil verəcəyi vaxt açıqlandı

18:38 - 6 Fevral 2019 - DÜNYA

Rusiya “S-400” zenit-raket komplekslərini Türkiyəyə bu ilin payızında təhvil verəcək.

Bu barədə Rusiyanın Federal-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin başçısı Dmitri Şuqayev “Kommersant” qəzetinə verdiyi müsahibədə bildirib. “Bu gün Türkiyənin sifariş portfeli bir milyard dolları ötür. Məlum olduğu kimi, 2017-ci ildə “S-400”lər üzrə müqavilə imzalanıb. Artıq iki dəfə təhvil müddətlərinin qısaldılması üçün düzəliş etmişik  və 2019-cu ilin payız ayında tədarük mütləq baş tutacaq. Türkiyənin, heç şübhəsiz, milli müdafiə sənayesinin inkişafında öz ambisiyaları var. Onlar artıq bir sıra sahələrdə bu baxımdan əhəmiyyətli dərəcədə irəliləyiş əldə ediblər”, - deyə Şuqayev bildirib.

Şuqayev qeyd edib ki, Rusiya onları maraqlandıran bir çox layihələrdə Türkiyəyə konkret çözümlər təklif edə bilər. Xidmət başçısının sözlərinə əsasən, Rusiya xüsusilə aviasiya texnikası və aviasiya mühərriklərinin hazırlanması istiqamətində əməkdaşlığa hazırdır.oxu.az

Xəbər xətti