Ana səhifə
22 Fevral 2018

“Azərkosmos” ASC yayım bazarını genişləndirir

Livanda və Orta Şərqdə aparıcı televiziya stansiyalarından olan MTV Livan  “Azerspace-1” telekommunikasiya peykindən qısamüddətli  tutum istifadəsinə başlayıb.

 

 

Ucnoqta.az xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytının yazdığına görə, bu əməkdaşlıq “Azərkosmos” ASC-yə Livanın telekommunikasiya bazarına daxil olmaq imkanı yaratdığından şirkət üçün böyük əhəmiyyət  kəsb edir.

Bu barədə MTV-nin İctimaiyyətlə əlaqələr üzrə rəhbəri Jan Tüfengi qeyd edib ki, “MTV Azerspace-1 peykinin tutumlarından istifadəyə dair “Azərkosmos”la anlaşma imzaladığı üçün çox məmnundur”.

Qeyd edək ki, hazırda “Azerspace-1” peykinin Asiya və Avropa şüaları vasitəsilə  MTV-nin proqramları Körfəz ölkələri, Orta Şərq, Şimali Afrika və Avropa regionlarında yayımlanır.

Həmçinin, MTV öz SNG (mobil televiziya stansiyası) avadanlıqlarının və Uplink (peykə ötürülən siqnalın qaldırılması) xidmətlərinin idarəetməsini “Azərkosmos”a həvalə edib.

Buna səbəb “Azərkosmos”un zəngin təcrübəsi və geniş və dəqiq peyk əhatə dairəsinin olmasıdır.

 

Tarix
18 Dekabr 2014 [20:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ