Gəncədə 60 yaşlı ruhi xəstə özünü bıçaqladı

23:24 - 5 Fevral 2019 - HADİSƏ

Azərbaycanda ruhi xəstə özünü bıçaqlayıb.

Hadisə bu gün Gəncə şəhərində baş verib. Şəhər sakini 1969-cu il təvəllüdlü İyəddin Məmmədov bıçaqla özünə xəsarətlər yetirib. Yaxınlarının köməyi ilə xəstəxanaya çatdırılan İ.Məmmədova ilkin tibbi yardım göstərilib. Xəstəxanadan verilən məlumata görə, xoşbəxtlikdən bıçaq yaşlı kişinin qarın boşluğunu zədələyib.

Hazırda özünə xəsarət yetirən şəxs polis nəzarəti altındadır. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti