Azərbaycan Premyer Liqasında rekord

19:12 - 5 Fevral 2019 - İDMAN

Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünün yeni rekordu qeydə alınıb.

Ucnoqta.az PFL-ə istinadən xəbər verir ki, belə ki, Premyer Liqanın XV turunda “Qarabağ” - “Neftçi” qarşılaşmasını 6000 tamaşaçı izləyib. Bunadək ən çox tamaşaçı “Sabah” - “Qarabağ” matçında (0:2) qeydə alınmışdı. “Əlincə Arena”da keçirilmiş VI turun qarşılaşmasını 4500 tamaşaçı seyr etmişdi.

Mövsümün 3-cü göstəricisi isə IX turda keçirilən “Neftçi” - “Qarabağ” oyununa (3:1) təsadüf edib. “Bakcell Arena”dakı matçda 4000 tamaşaçı qeydə alınıb.
Ümumilikdə isə XV turun 4 oyununu 7180 tamaşaçı izləyib. Bu da mövsümün əvvəlki rekordunun qeydə alındığı VI turdakından 280 nəfər çoxdur.

Xəbər xətti