Əli Əhmədov: “Ölkədəki sabitliyi pozmaq niyyətinə düşən qüvvələr də var””

 “Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr var. Onlar bundan qıcıqlanırlar, bizim inkişafımızdan məyus olurlar. Müxtəlif formada inkişafın qarşısını almaq üçün tədbirlər görməyə çalışırlar. Bəlkə də bunu normal qəbul etmək olar. Çünki inkişaf edən dövlətə ayrı-ayrı dövlətlərin və yaxud ayrı-ayrı beynəlxalq təşkilatların qıcıqlanması bir qədər başadüşüləndir. Başa düşülməyən isə odur ki, Azərbaycanın daxilində olan və müxalifət adı altında Azərbaycana böhtan atan, reallıqlarını təhrif edən Azərbaycan vətəndaşlarını çaşdırmağa çalışanlar var”.

Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibi - sədr müavini Əli Əhmədov deyib. “Azərbaycan müxalifətinin kiçik bir hissəsini təşkil edən və Azərbaycan cəmiyyətinin çox cüzi hissəsini təşkil edən radikal müxalifətə demək istəyirəm ki, Azərbaycanda söz azadlığı təmin edilir və bu azadlıqdan istifadə etmək istəyənlər özlərinə xas olan bu hüquqdan istədikləri şəkildə istifadə edə bilir. Ancaq bu hüquqlardan sui-istifadə edərək Azərbaycanda qarşıdurma yaratmağa çalışan, ölkədəki sabitliyi pozmaq niyətinə düşən qüvvələr də var”, - Ə.Əhmədov qeyd edib.

O bildirib ki, müxalifətin bir hissəsi olan radikal müxalifət mitinq keçirməyi qarşıdurma yaratmaq üçün istifadə edir: “Onlar söz və fikir azadlığından Azərbaycan insanına, Azərbaycan xalqını təhqir etmək üçün istifadə edirlər. Onlar öz siyasi fəaliyyətlərində Azərbaycan üçün mümkün ola biləcək ən pis ssenariləri əsas götürürlər. Azərbaycana düşmən mövqedə duran istənilən xarici qüvvələrlə sinxron fəaliyyət göstərirlər. Bəzi hallarda bir yerdə də fəaliyyyət göstərirlər və onların tapşırıqlarını yerinə yetirirlər. Bu mənada Yeni Azərbaycan Partiyasının sıralarında olan gənclər bu həqiqətləri öz həmyaşıdlarına, dostlarına izah etməyə borcludurlar. Bu partiya üzvü olaraq onların daşıdığı vəzifədir”.report

Tarix
5 Fevral 2019 [13:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin