Almaniyada 72 reys təxirə salınıb- işçilər tətil edir

09:07 - 5 Fevral 2019 - DÜNYA

Almaniyanın Hamburq hava limanında işçiləri kütləvi etiraza başlayıblar.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, işçilərin işə çıxmaması səbəbindən 72 reys təxirə salınıb və 9 min sərnişin yolda qalıb. İşçilər maaşlarının 275 avro artırılmasını tələb edir. Hava limanı rəhbərliyi isə bu rəqəmin yüksək olduğunu bildirir.

Etirazçılar tələbin yerinə yetirilməyəcəyi təqdirdə tətilin davam etdiriləcəyini açıqlayıblar.

Xəbər xətti