Bakıda qadın 1 ay əvvəl itkin düşən ögey qardaşının axtarışına başladı

23:17 - 4 Fevral 2019 - HADİSƏ

Bakıda orta yaşlı kişi itkin düşüb.

Hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Yasamal rayonu, M.Sübhi küçəsi, ev 177-də yaşayan, 1961-ci il təvəllüdlü Roza Hacıyeva polisə müraciət edərək bildirib ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsinin sakini, ögey qardaşı, 1966-cı il təvəllüdlü Balababa Cabbar oğlu Hacıyev yanvarın 3-də saat 10 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalara başlanıb.

Xəbər xətti