Gəncədə 16 yaşlı qız küçədə bıçaqlandı

22:34 - 4 Fevral 2019 - HADİSƏ

Gəncədə bıçaqlanma hadisəsi olub. 

Ucnoqta.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, şəhər sakini, 2003-cü il təvəllüdlü N.İsmayılova qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Yaxınları 16 yaşlı qızın küçədə tanımadığı şəxs tərəfindən bıçaqlandığını deyiblər.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Xəbər xətti