Zaqatalada “Hyundai” aşıb- bir nəfər ölüb

15:45 - 4 Fevral 2019 - HADİSƏ

Fevralın 2-də saat 2 radələrində Zaqatala rayonunun Suvagil kəndi ərazisində Danaçı kənd sakini İsa Nuhiyev idarə etdiyi “Hyundai” markalı avtomobili idarə edərkən onu aşırıb. DİN-dən verilən məlumata görə, nəticədə avtomobildəki sərnişini Balakən rayon sakini Abdulla Mamiyev hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib. Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.

Xəbər xətti