Ana səhifə
17 Fevral 2019

Afət ona 240 min dollarlıq avtomobil hədiyyə edənin KİMLİYİNİ AÇIQLADI

Müğənni Afət Fərmanqızı canlı yayımda ona "Gelandewagen" hədiyyə edən şəxsin kimliyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, sənətçi "Ölkə.Az"-a bildirib ki, sözügedən şəxs Rusiyada yaşayan azərbaycanlıdır: "Mən özümə yeni avtomobil alacaqdım. Sadəcə, istədiyimi almaq üçün 80 min manatım çatmırdı və bunu Manaf Ağayev də daxil olmaqla, bütün ətrafım bilirdi.
Hətta Nazənin də borc pul təklif etdi. Dedim ki, avtomobil almaq üçün borca girmərəm.  Canlı yayımdan həyətə  çıxanda şoka düşdüm. Amma mən istədiyim avtomobilin salonu qırmızı rəngdə idi. Hətta onu almaq üçün bir otaqlı mənzilimi də satışa çıxarmışdım. Özüm hələ də şokdayam. Bu avtomobili mənə hədiyyə edən şəxs Rusiyada yaşayan azərbaycanlıdır, pərəstişkarımdır".

Qeyd edək ki, bu gün "Hər şey daxil" verilişinin canlı yayımında A.FƏrmanqızına 240 min dollar qiyməti olan “Gelandewagen” hədiyyə olunub.

Tarix
4 Fevral 2019 [14:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin