“Neftçi” italiyalı hücumçunu transfer edib

18:12 - 2 Fevral 2019 - İDMAN

"Neftçi” futbol klubu daha bir oyunçunu heyətinə qatıb.

Ucnoqta.az xəbər verir ki, komanda italiyalı hücumçu Canluka Sansone ilə 1,5 illik müqavilə bağlayıb. Otuz bir yaşlı forvard yeni komandasının heyətində 16 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, sonuncu klubu "Novara” olan Sansone İtaliyanın "Montorio”, "Peşina”, "Syena”, "Qallipoli”, "Lançano”, "Frosinone”, "Sassuolo”, "Torino”, "Sampdoriya”, "Bolonya” və "Bari” klubarında da çıxış edib.

Xəbər xətti