"Yuventus” Marselonun transferi üçün 45 milyon avro təklif edir

15:25 - 2 Fevral 2019 - İDMAN

"Yuventus” klubu "Real Madrid”in braziliyalı müdafiəçisi Marselonu transfer etməyi planlaşdırır.

 Turin təmsilçisi cari mövsümün sonunda Marselo üçün 45 milyon avro təklif edəcək. Futbolçuya isə illik 12 milyon avro məbləğində məvacibin təklif olunması nəzərdə tutulur. Marselonun "kral klubu” ilə hazırkı müqaviləsinin müddəti 2022-ci ildə başa çatır.

Transfer reallaşacağı təqdirdə, "Yuventus” hazırda həmin mövqedə çıxış edən Aleks Sandronu İngiltərənin əsas klublarından birinə satacağı ehtimal olunur. xezerxeber

Xəbər xətti