Şəmkirdə mağazadan oğurluq edən şəxs saxlanılıb

11:17 - 2 Fevral 2019 - HADİSƏ

Şəmkir rayon sakini Polad Qasımov Şəmkir Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, yanvarın 31-dən fevralın 1-nə keçən gecə ona məxsus, avtomobil ehtiyyat hissələri satılan mağazasından oğurluq olub, oradan 3000 manat pulu və təhlükəsizlik kamerasının yaddaş qurğusunu oğurlanıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, həmin mağazada avtomobil təmiri ilə məşğul olan, Düyərli kənd sakini 20 yaşlı Abbasəli Hümbətli şübhəli şəxs qismində saxlanılıb.

İlkin dindirmə zamanı o, törətdiyi hadisəni etiraf edib və əldə etdiyi pulun bir qismini xərclədiyini, yaddaş qurğusunu isə yaxınlıqdan keçən su kanalına atdığını deyib. Pulun qalan hissəsi və təhlükəsizlik kamerasının yaddaş qurğusu tapılaraq maddi sübut kimi istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbər xətti