“Barselona” “Real”a qarşı — Kubokda “El-Klassiko”

22:01 - 1 Fevral 2019 - İDMAN

İspaniya kubokunun yarımfinal mərhələsində “Barselona” ilə “Real Madrid” üz-üzə gələcək.

Bu barədə Marca nəşri məlumat yayıb. Azarkeşlər kubokun yarımfinalında daha bir “El-Klassiko” izləyə biləcəklər. İlk qarşılaşma Nou Kampda olacaq. İkinci yarımfinal görüşündə isə “Valensiya” “Betis”in qonağı olacaq.

Qeyd edək ki, kubokda ilk qarşılaşmalar fevralın 6-ı, cavab matçları isə fevralın 27-i keçiriləcək.olke.az

Xəbər xətti