Ağcabədi sakinində narkotik aşkarlanıb

12:06 - 1 Fevral 2019 - HADİSƏ

Ağcabədi sakinində narkotik aşkarlanıb

DİN Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Hindarx qəsəbə sakini X.Əsədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən çəkisi 1 kiloqram 660 qram marixuana da aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

 

Xəbər xətti