“Kurtlar Vadisi”nin ulduzu boşanır - Vəkili açıqladı

13:14 - 30 Yanvar 2019 - MAQAZİN

“Kurtlar Vadisi” serialı ilə ulduzu parlayan Necati Şaşmaz xanımı Nagehan Şaşmazla boşanır.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Kanal D-də yayımlanan “İkinci Sayfa” proqramında məlumat verilib. N. Şaşmazın vəkili verilişdə geniş bir açıqlama yayaraq 7 illik ailə həyatının sona çatdığını bildirib: “Cütlük dəfələrlə ayrılıb, daha sonra barışıb.  Onlar bir-birilərinə şans versələr də, bu dəfə alınmayıb. Necati bəy məhkəməyə müraciət edib. Çəkişməli bir boşanma prosesi olacaq”.

Qeyd edək ki, cütlüyün bu nikahdan iki övladı dünyaya gəlib. 


Xəbər xətti