Rusiyalı senator iclas zalında həbs olunub

12:11 - 30 Yanvar 2019 - DÜNYA

Senator Rauf Araşukov Rusiya Federasiya Şurasının toplantısı zamanı iclas zalında həbs olunub.

“Report” “TASS”a istinadən xəbər verir ki, onun adı “Adıge-Xase” Gənclər Hərəkatının sədri, 36 yaşlı Aslan Jurkovun qətlində hallanır.  2010-cu ilin martında A.Jurkov yaşadığı evin qarşısında güllələnib. R.Araşukov gənclər hərəkatı sədrinin qətlində əlinin olması ittihamını rədd edir.

Qeyd edək ki, 32 yaşlı R.Araşukov Qaraçay-Çərkəz Respublikasından Rusiya Federal Məclisinin Federasiya Şurasının üzvü (senator) seçilib. O, təbii qaz sənayesinin tanınmış sahibkarı Raul Turkbiyeviç Araşukovun oğuludur.

Xəbər xətti