Görkəmli şair Səməd Mənsurun 140 illiyi qeyd olunacaq

Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi Səməd Mənsurun 140 illiyinə həsr olunmuş “Həpsi rəngdir” adlı ədəbi-bədii tədbir keçiriləcək.

Tədbir 31 yanvar 2019-cu il tarixində saat 17:00-da Bakı şəhərinin Əmircan qəsəbəsində yerləşən Mədəniyyət Evində baş tutacaq. Tədbirdə Səməd Mənsurun şeirləri səsləndiriləcək, incəsənət ustalarının ifasında şairin sözlərinə bəstələnmiş mahnılar ifa ediləcək.

Tədbir çərçivəsində, həmçinin Azərbaycan Milli Kitabxanasının nəşr etdirdiyi “Səməd Mənsur. Biblioqrafiya”, Yadigar Əsgərova “Səməd Mənsur. Həyatı və yaradıcılığı” və Türkiyədə çap olunan Nizami Cəfərov “Samed Mansurun şiiri” kitablarının təqdimatı keçiriləcək.trend

Tarix
30 Yanvar 2019 [11:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-01-30 11:24:38
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin