Bakıda idarəetməni itirən avtomobil beton arakəsməyə çırpılıb- Foto

10:26 - 30 Yanvar 2019 - HADİSƏ

Bu gün səhər saatlarında Ziya Bünyadov prospektində yol qəzası baş verib.

 “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını beton arakəsməyə vurub. Nəticədə iki nəfər ağır xəsarət alıb, hadisə yerinə təcili tibbi yardım briqadasının iki maşını cəlb olunub.

Hüquq-mühafizə orqanları araşdırma aparır.qafqazinfo

Xəbər xətti