“Qarabağ” "Neftçi" ilə matçın hazırlıqlarına start verib

00:29 - 30 Yanvar 2019 - İDMAN

"Qarabağ" bu günTopaz Premyer Liqasının 15-ci turunda qarşılaşacağı "Neftçi" ilə matçın hazırlıqlarına start verib.

Qurban Qurbanovun komandası iki günlük istirahətin ardından klubun bazasında bir araya gəlib. Axşam saatlarında başlayan hazırlıq təxminən 1 saat yarım davam edib. Zədəsini sağaldan braziliyalı hücumçu Reynaldo Silva da komanda ilə biirgə məşqə başlayıb.

Qeyd edək ki, Qarabağ" - "Neftçi" oyunu fevralın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.qol.az

Xəbər xətti