Şirvanda qadın özünü asaraq intihara cəhd edib

23:51 - 29 Yanvar 2019 - HADİSƏ

Şirvan şəhərində intihara cəhd hadisəsi baş verib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, 1973-cü il təvəllüdlü yerli sakin İsgəndərli Məlahət Səfayət qızı özünü asaraq intihara cəhd edib. Yaxınları tərəfindən xilas edilən qadın Şirvan Mərkəzi Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Asfeksiya diaqnozu qoyulan qadın hazırda komatoz vəziyyətdə süni nəfəs aparatına qoşulub. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbər xətti