Acun Şeymaya aldığı villanı 13 milyona satışa çıxardı - Foto

22:00 - 29 Yanvar 2019 - MAQAZİN

Aparıcı-prodüser Acun İlıcalı keçmiş arvadı Şeyma Subaşına hədiyyə etdiyi villanı 13 milyon avroya satışa çıxarıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu yaxınlarda müsahibə verən Şeymanın Acunla bağlı açıqlamalarından sonra aparıcının bu addımı atdığı bildirilir. Iddialara görə cütlüyün boşanma protokolunda Şeymanın münasibətləri haqda danışmaması ilə bağlı maddə olub. Ancaq Subaşı bu maddəni pozduğu üçün İlıcalı onu cəzalandırmaq qərarına gəlib.

Quruçeşmədəki villanı Acun Şeymaya toy hədiyyəsi olaraq bağışlamışdı.


Xəbər xətti