Bakıda keçmiş məhkumda heroin aşkar edilib

20:32 - 29 Yanvar 2019 - HADİSƏ

Bakıda keçmiş məhkumda heroin aşkar edilib.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Məhərrəmov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan çəkisi 509 qram olan heroin aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Xəbər xətti