Rusiyaya pomidor ixracı ilə bağlı yaranan problem aradan qaldırılıb

15:27 - 29 Yanvar 2019 - İQTİSADİYYAT

Nazir Rusiyaya pomidor ixracı ilə bağlı yaranan problemdən danışdı

Rusiyaya pomidor ixracı ilə bağlı yaranan problem tamamilə aradan qaldırılıb. Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev yanvarın 29-da Bakıda keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.
Nazir bildirib ki, tərəvəz məhsullarının məhz bu növünün payına ixrac daxilolmalarının böyük həcmi düşür:
"Bundan əvvəl həmin məhsulun ixracı ilə bağlı yaranan problem həm hökumətlərarası komissiya, həm də Azərbaycan-Rusiya İşgüzar Şurası çərçivəsində həll edilib. Qaldırılan bütün məsələlər öz həllini tapıb, görüşlər təşkil edilib".

Ş.Mustafayev qeyd edib ki, hazırda bu sahədə xüsusi problem yoxdur.

Xəbər xətti