"Liverpul"da ciddi itki

18:44 - 29 Yanvar 2019 - İDMAN

İngiltərə Premyer Liqasının lideri "Liverpul" ciddi itki ilə üzləşib.

Qol.az-ın Britaniya mətbuatına görə, komandanın əsas müdafiəçisi Virqil van Deyk 23-cü turun "Lester"lə oyununu buraxa bilər. Dubay toplanışı zamanı xəstələnən hollandiyalı futbolçunun sabahkı görüşdə meydana çıxması sual altındadır.

Qeyd edək ki, "Liverpul" - "Lester" oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Xəbər xətti