Bakıda 53 yaşlı qadın bıçaqlandı

11:57 - 29 Yanvar 2019 - HADİSƏ

Gecə saatlarında Bakının Kürdəxanı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Ucnoqta.az “Ölkə.Az”a istinadən xəbər verir ki, 53 yaşlı qəsəbə sakini  Əliyeva Gülzar Məmmədtağı qızı naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Təcili Tibbi Yardım əməkdaşlarının köməkliyi ilə 3 saylı Sabunçu şəhər xəstəxanasına çatdırılan xəstəyə qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hal-hazırda vəziyyəti orta-ağırdır.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər xətti