Göyçayda məktəblini avtomobil vurub

14:04 - 28 Yanvar 2019 - HADİSƏ

Göyçay rayonunda piyadanı avtomobil vurub.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, Göyçay rayon sakini, 28 yaşlı Fərid Abdullayevin idarə erdiyi "VAZ-2107" markalı avtomobil yolu keçmək istəyən rayon sakini, 2004-cü il təvəllüdlü, IX sinif şagirdi Nəzrin Həsənlini vurub. Nəticədə məktəbli müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilkin yardım göstərilib və vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti