Qadın alverçisi saxlanılıb

12:40 - 28 Yanvar 2019 - HADİSƏ

Qadınları xarici ölkələrə aparıb cinsi istismara məruz qoyan şəxs tutulub.

Ucnoqta.az xəbər verir ki,DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Cəlilabad rayon sakini S.İxayevanın qadınları xarici ölkələrə apararaq cinsi istismara məruz qoyması müəyyən edilmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.İxayeva polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti