Ana səhifə
22 Fevral 2018

Azərbaycanlı aktrisa: "Səni dilinin bəlası öldürəcək" - FOTOSESSİYA

Aktrisa Mətanət Əhmədovanın Milli.Az-a müsahibəsi.

 

 

Ucnoqta.az həmin müsahibəni təqdim edir:

 

 

 

- Mətanət xanım, bu yaxınlarda sosial şəbəkədə ev heyvanları ilə fotonuz yayımlandı və “hinduşka” alverinə başladığınız haqda mətbuatda yazılar yayıldı... Nə məsələdir?

 

- Bu, “Toy 2” kinokomediyasının çəkilişləri ilə bağlı yayımlanmış bir foto idi. Çəkilişlərimiz Lənkəranda, Lerikdə oldu. Mən bu filmdə kənd qadını rolunda çəkilmişəm. Siz bilirsiniz ki, kənd qadınları çox zəhmətsevər və əziyyətkeş olurlar. Mən də onların obrazını yaratmışdım. O ki qaldı biznesimin olub-olmamağına, biznesimi gözə gətirməyin (gülür).

 

- Ümumiyyətlə, xasiyyətinizə uyğun rol oynamısınızmı?

 

- Mən, ümumiyyətlə, xasiyyətimə əks olan bir obraz oynamaq istəyirəm. Həyatda çox səs-küylüyəm. Çox çılğın insanam, sözü birbaşa üzə deyirəm. Dəlisovam (gülür). Psixoloji bir obraz oynamaq istəyirəm.

 

- Buna görə başınız bəlalar çəkib?

 

- Anam həmişə deyir ki, səni əcəl yox, dilinin bəlası öldürəcək (gülür). Sözü saxlayıb əziyyət çəkincə deyib rahatlanıram (gülür). Qoy qarşımdakı insan əziyyət çəksin.

 

- Artıq neçə ildir ki, teatrda çalışırsınız?

 

- 21 ildir ki, Şuşa Dram Teatrında çalışıram. Bir igidin ömrüdür (gülür). Universiteti bitirməmişdən əvvəl teatr fəaliyyətimə başlamışam. Sanki dünən tələbəydim.

 

- Sizi tamaşaçılar “Pərvanələrin rəqsi” serialından daha çox tanıyıb-sevdilər. Bu serialdan əvvəl hər-hansı serialda çəkilmişdiniz?

 

- Bu serialdan əvvəl “Yanmış körpülər”, “Şans” serial və filmlərində oynamışam. Əvvəllərdə tanınırdım, sadəcə olaraq uşaqlarım balaca olduğuna görə sənətimə 6 il fasilə verdim. Amma bu illər ərzində reklamlara çəkilmişəm. “Pərvanələrin rəqsi” serialında oğlum rolunu elə öz oğlum Yusif oynamışdı.

 

- Çox mehriban xanımsınız. Sənət yoldaşlarınızdan küsülü olduğunuz, yaxud özünüzə rəqib bildiyiniz insan varmı?

 

- Məni rəqib yox, iş maraqlandırır. ”O niyə qabağa getdi, sənətdə uğur qazandı” kimi ifadələri fikirləşməkdənsə işi fikirləşsələr, daha effektli olar. Mən hamıyla yola gedənəm, hər şeyin yerini də bilirəm. Amma üzüm dönəndə məni görməsinlər (gülür).

 

- Avtomobil həvəskarısınız?

 

- Avtomobil həvəskarı deyiləm, amma yaxşı ki, maşınım var. Ayağımı yerdən götürür. Çox bahalı deyil. Maşını sürmürəm, at əvəzi çapıram hara gəldi (gülür).

Tarix
18 Dekabr 2014 [10:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ