Abşeronda maşınları qarət edən gənc saxlanılıb - Foto

18:07 - 27 Yanvar 2019 - HADİSƏ

 Abşeron rayonu ərazisində maşınları qarət edən gənc oğlan saxlanılıb.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi (RİP) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı, rayon ərazisində xeyli avtomobilin yan şüşələrini qıraraq oğurluq edən Elsəvər Mirzəyev tutulub.

Araşdırma zamanı onun, əsasən axşam saatlarında avtomobillərin yan şüşələrini özünəməxsus şəkildə qıraraq, oradan pul, mobil telefon və digər əşyalar oğurladığı məlum olub.

Faktla bağlı Abşeron RİP-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Xəbər xətti