Zaqatalada 38 yaşlı qadın intihara cəhd edib

10:17 - 27 Yanvar 2019 - HADİSƏ

Zaqatalada 38 yaşlı qadın intihara cəhd edib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Lahıc kəndində baş verib. Kənd sakini, 1981-ci il təvəllüdlü Gülşən Muxtar qızı Balabəyeva yaşadığı ünvanda ailə münaqişəsi zəmnində intihar etmək məqsədi ilə bir-neçə dərman qəbul edib. G. Balabəyeva yaxınlarının köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan “Report”a bildirilib ki, həkim müdaxiləsindən sonra G. Balabəyevanın vəziyyəti stabilləşib, müalicəsi Reanimasiya şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti