Moskvada 100 dən çox reys təxirə salındı- Çovğun yaxınlaşır

12:06 - 26 Yanvar 2019 - DÜNYA

Rusiyanın “Aeroflot” şirkəti 26-27 yanvar tarixlərinə planlaşdırılan 131 hava reysini təxirə salıb.

Bu haqda şirkətin saytına məlumat dərc olunub. Şeremetyevo aeroportunda onlarla hava reysinin vaxtı dəyişdirilib. Əksər hava reysləri bir neçə saat müddətinə ertələnib.

Hava reyslərinin təxirə salınmasına və ertələnməsinə səbəb, meteoroloqların güclü qar çovğunu proqnozlaşdırmasıdır.

Onların hesablamalarına görə, Rusiya paytaxtına təkcə iki gün ərzində yarım aylıq yağıntı normasının düşəcəyi gözlənilir.oxu.az

Xəbər xətti