OPEC Venesueladakı vəziyyətdən narahatdır

12:43 - 26 Yanvar 2019 - DÜNYA

 "Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) Venesueladakı vəziyyəti böyük narahatlıqla izləyir".

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo deyib. Onun sözlərinə görə, hələlik məlum hadisələrin qlobal neft bazarına necə təsir edəcəyi məlum deyil. 

O həmçinin əlavə edib ki, Venesuelanın neft naziri Manuel Kevedo ilə sıx əlaqədədir.

Xəbər xətti