Kürdəmirdə ağır yol qəzası: "Mercedes" "KamAZ"a çırpılıb

18:46 - 25 Yanvar 2019 - HADİSƏ

Kürdəmir rayonunda yol qəzası baş verib.  Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 207 km-də, rayonun Qarabucaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.  Belə ki, "Mercedes" markalı minik avtomobili "KamAZ" markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilində olan bir ailənin üzvləri - Bakı şəhər sakinləri - 1988-ci il təvəllüdlü Samir Eldar oğlu Abasov, 1963-cü il təvəllüdlü Nizami Əkrəm oğlu Ələkbərov, 1991-ci il təvəllüdlü Gülnarə Nizami qızı Abasova və 1968-ci il təvəllüdlü Ziyafət Əlməmməd qızı Ələkbərovamüxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.  Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti