ABŞ Venesueladakı diplomatlarını geri çağırdı

11:09 - 25 Yanvar 2019 - DÜNYA

ABŞ dövlət departamenti Venesuelada olan diplomatların bir hissəsini geri çağırıb.

Həmçinin, Amerika hökumətinin Venesueladakı vətəndaşlarına təcili xidmətlərin göstərilməsini məhdudlaşdırmalı olduğu deyilir.
Xatırladaq ki, yanvarın 23-də Venesuelanın hazırkı başçısı Nikolas Maduro ABŞ-la diplomatik əlaqələri kəsdiyini elan edib.

O, Vaşinqtonu ölkədə dövlət çevrilişinə cəhddə ittiham edib. Maduro ölkənin ABŞ-dakı səfirlik və konsulluğunun bağlandığını elan edib.oxu.az

Xəbər xətti