Bakıda avtomobillə çıxıb itkin düşən kişi tapıldı

11:46 - 24 Yanvar 2019 - HADİSƏ

Yanvarın 19-da Bakı şəhər sakini R.Mirzəyevin itkin düşməsi barədə Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət daxil olub. Onun həmin gün saat 20 radələrində “Renault” markalı avtomobili ilə getdiyi bildirilib.

DİN Mətbut Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib. DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən həmin avtomobilin Bakı-Quba yolunda hərəkətdə olması müəyyən edilib.
Baş Dövlət Yol Polisi İdarəsi və 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Mirzəyev “Renault” markalı avtomobillə Bakı-Quba yolunun 15-ci kilometrliyində saxlanılıb.

Xəbər xətti