"Barselona"dan 75 milyonluq növbəti transfer

22:56 - 23 Yanvar 2019 - İDMAN

"Barselona" "Ayaks"ın futbolçusunu 75 milyon avroya transfer edib

 Amsterdamın "Ayaks" klubunun yarımmüdafiəçisi Frenki de Yonq karyerasını İspaniyanın "Barselona" komandasında davam etdirəcək. “Report” xəbər verir ki, bu barədə "göy-qırmızılar"ın rəsmi saytı məlumat yayıb.

Klublar 21 yaşlı hollandiyalının transferi barədə razılığa gəliblər. Futbolçu iyulun 1-dən "Barselona"nın üzvü olacaq.

Transferin dəyəri 75 milyon avro təşkil edir. Oyununçu uğurlu çıxış edəcəyi təqdirdə "Ayaks" əlavə 11 mln. avro bonus ala bilər. Yayda de Yonq "Barselona" ilə 2023/24-cü illər mövsümünün sonuna qədər nəzərdə tutulan müqavilə imzalayacaq.

Xəbər xətti