Ağdaşda “Mercedes”lə “KamAz” toqquşdu - Ər-arvad yaralandı

22:03 - 23 Yanvar 2019 - HADİSƏ

Ağdaşda baş vermiş ağır yol qəzası ər-arvadın xəsarət alması ilə nəticələnib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunda, Ağdaşın Ləki kəndi yaxınlığında baş verib. “Mercedes” və “KamAz”ın toqquşması nəticəsində Lənkəran rayon sakinləri sürücü, 1967-ci il təvəllüdlü Elçin Cavadov və 1975-ci il təvəllüdlü Ellada Cavadova yaralanıb. Xəsarət alanlar təcili tibbi yardım avtomobili ilə Ağdaş rayon mərkəzi xəstəxanasına çatdırıılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti