Məhəmməd Salah sosial şəbəkələrdəki hesablarını silir

22:41 - 23 Yanvar 2019 - Xəbər

İngiltərənin “Liverpul” klubunun ulduz futbolçusu Məhəmməd Salah sosial şəbəkə hesablarını silməyə qərar verib.

 27 yaşlı misirli yarımmüdafiəçi 22 yanvar tarixində son olaraq belə bir paylaşım edib: “2019-cu ilin qərarı: Real həyatda ünsiyyət qurmaq zamanı”. Bu paylaşımlardan sonra o “İnstagram” və “Twitter” hesablarını silib.

Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm İngiltərə Premyer Liqasında 23 oyunda meydanda olub, 16 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. “Liverpul” 60 xalla turnir cədvəlinə başçılıq edir.report

Xəbər xətti