Yeni doğulan uşaqlara birdəfəlik müavinətin təyinatı avtomatlaşdırılacaq

16:04 - 23 Yanvar 2019 - Cəmiyyət

Heç bir yerə müraciət olunmadan və sənəd təqdim etmədən müavinət təyin olunacaq

Ucnoqta.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial müavinətlərin elektron təyinatı sisteminin yaradılması işləri çərçivəsində ailələrə uşağın doğulmasına görə birdəflik müavinət təyinatının da cari ildə avtomatlaşdırılması nəzərdə tutulur. Hazırda nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi tərkibində qurulmaqda olan “Sosial müavinət” altsistemi qeyd olunan birdəfəlik müavinət növünün elektron qaydada təyin olunmasına imkan verəcək. Nəticədə isə uşağın doğulmasına görə birdəflik müavinətin alınması üçün vətəndaşların sənəd toplayaraq quruma müraciət etməsinə ehtiyac qalmayacaq. 

“Sosial müavinət” altsistemi aidiyyəti qurumların informasiya sistemlərinə inteqrasiya olunmaqla fəaliyyət göstərəcək. Yeni doğulan uşaqla bağlı məlumat aidiyyəti qurumun informasiya sistemindən əldə olunaraq elektron qaydada birdəfəlik müavinətin təyin olunması və bu barədə həmin ailəyə rəsmi məlumatın göndərilməsi təmin ediləcək.

Xəbər xətti