Hazard "Real"da

18:49 - 23 Yanvar 2019 - İDMAN

 "Çelsi"nin yarımmüdafiəçisi Eden Hazard karyerasını "Real"da davam etdirəcək.

Qol.az-ın "The Sun" nəşrinə istinadən yaydığı xəbərə görə, belçikalı futbolçu "kral klubu" ilə anlaşıb. Madirdlilərlə şəxsi müqaviləni razılaşdıran 28 yaşlı oyunçu İspaniyada illik 13 milyon avro qazanacaq. Əgər "Real" mövsümün sonunda La Liqa və Çempionlar Liqasında qalib olarsa, Hazard əlavə 2,5 milyon bonus əldə edəcək. Bundan başqa, "Qızıl top"u qazanacağı təqdirdə Edenə daha 1 milyon avro ödəniləcək.

Qeyd edək ki, Hazardın "Real"la 5 illik müqavilə bağlayacağı bildirilir.

Xəbər xətti