Gürcüstanda daha iki nəfər qrip virusundan ölüb

11:41 - 23 Yanvar 2019 - Xəbər

Gürcüstanın Acarıstan Muxtar Respublikasında qrip virusundan daha 2 nəfər ölüb.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, ölənlərdən biri 48 yaşlı qadın, digəri isə 33 yaşlı kişidir. Qadın Batumi xəstəxanalarının birində, kişi isə Türkiyənin Trabzon şəhərində dünyasını dəyişib. Gənc Batumidə xəstəxanada müalicə olunsa da, yaxınları daha sonra onu Trabzona aparıb.
Hər iki şəxsin ölümünə “donuz qripi” adlandırılan A (H1N1) virusunun səbəb olub-olmadığını ekspertiza müəyyən edəcək.

Xatırladaq ki, bu günə qədər qonşu ölkədə 19 nəfərin “donuz qripi”ndən ölməsi laboratoriya şəraitində təsdiq olunub.

Xəbər xətti