Bakıda taxta bazarında yanğın olub

10:02 - 23 Yanvar 2019 - HADİSƏ

Bakıda taxta bazarında baş verən yanğın söndürülüb.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, gecə saatlarında Bakı şəhərinin Nərimanov rayonunda taxta bazarının ərazisində yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 07:15-də söndürülüb.

Taxta bazarının ərazisində yanğın nəticəsində təxminən 350-400 m² sahədə taxta materiallar yanıb. Yanğın saat 03:48-də məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanında yanğınsöndürmə işləri aparıb.

Xəbər xətti