Prezident İlham Əliyevin və “Total” şirkətinin baş icraçı direktorunun görüşü olub

19:47 - 22 Yanvar 2019 - Xəbər

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransanın “Total” şirkətinin baş icraçı direktoru Patrik Puyannenin görüşü olub.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən verilən məlumata görə, görüşdə “Total” şirkətinin Azərbaycanda reallaşdırdığı layihələr, o cümlədən “Abşeron” layihəsinin uğurla həyata keçirilməsi, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Xəbər xətti