Prezident İlham Əliyev Davosda Rusiyanın “LUKoil” şirkətinin prezidenti ilə görüşüb

19:38 - 22 Yanvar 2019 - Xəbər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə “LUKoil” şirkətinin Azərbaycanda həyata keçirdiyi layihələr və onların icrası ilə bağlı məsələlərdən, əməkdaşlığın perspektivlərindən danışılıb.

Xəbər xətti