BNA ay yarıma 53 mindən çox sürücünü cərimələyib- qanunsuz parklanmaya görə

18:00 - 22 Yanvar 2019 - Xəbər

Bakı Nəqliyyat Agentliyi ay yarım ərzində paytaxtda qanunsuz parklanma ilə bağlı 53 mindən artıq protokol tərtib edib. Bunu bu gün keçirilən mətbuat konfransında Agentliyin idarə heyətinin sədri Vüsal Kərimli deyib. V.Kərimlinin sözlərinə görə, küçələrdə qanunsuz parklanmalar biabırçı vəziyyət yaradıb: "Bakıda 35 qapalı park yerləri olduğu halda sürücülər küçələrdə avtomobilləri qanunsuz park edirlər. Məsələn, Qış parkında qapalı park var, amma sürücülər həmin parkın yanında küçədə avtomobilləri qanunsuz saxlayırlar. Bizim məqsədimiz vətəndaşları incitmək deyil, onların təhlükəsiz və rahat hərəkətini təmin etməkdir. Tıxaclar vətəndaşların rahatlığını pozur, əsəblərinə təsir edir. Biz bu cür halların qarşısını almaq istəyirik".trend

Xəbər xətti